Prezident İlham Əliyev: Cəbrayıl, Zəngilan və Qubadlı rayonunun daha bir neçə kəndi işğaldan azad edilib Siyasət

Prezident İlham Əliyev: Cəbrayıl, Zəngilan və Qubadlı rayonunun daha bir neçə kəndi işğaldan azad edilib

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.