

26 İyul 17:06
26 İyul 16:56
25 İyul 18:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
İqlim dəyişikliyinin ən çox diqqətdən kənar qalan məsələlərindən biri onun təhsilə təsiri ilə bağlıdır.
APA xəbər verir ki, bunu UNİCEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində keçirilən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib.
O bildirib ki, daşqınlar, əlverişsiz hava şəraiti uşaqların təhsilinə müəyyən əngəllər yaradır.
O, həmçinin vurğulayıb ki, gənc qızların təhsilinə erkən yaşda sərmayənin qoyulması vacibdir.
Nümayəndə diqqətə çatdırıb ki, planetimizdə baş verən hadisələr uşaqların gələcəyinə böyük təsir göstərəcək: “İqlim dəyişikliyi ilə bağlı xəstəliklərin 88 faizi 5 yaşından aşağı uşaqların payına düşür”.