1 Yanvar 2025 17:28
3 878
Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub.
Xalqcebhesi.az Report-a istinadla xəbər verir ki, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulub.
Belə ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı əkiz oğlan uşaqları dünyaya gətirib.
38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.
Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.
25 Mart 16:20
1 050
25 Mart 16:19
1 211
25 Mart 14:05
1 407