17 Yanvar 2025 15:39
3 423
2024-cü ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 94246 doğulan körpə qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,1-ə düşüb.
APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Doğulan körpələrin 53,0 faizi oğlan uşaqları, 47,0 faizi isə qız uşaqları olub.
Körpələrdən 3090-ı əkiz, 117-i üçəm və 4-ü isə dördəm doğulub.
25 Mart 16:20
1 050
25 Mart 16:19
1 211
25 Mart 14:05
1 407