19 Fevral 2025 10:44
2 737
Gözlənilən qarlı havalarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rayon icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər: “Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq.
Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikaları cəlb ediləcək.
25 Mart 16:20
1 050
25 Mart 16:19
1 211
25 Mart 14:05
1 407