6 Mart 2025 18:27
4 788
Tovuz rayonunda yeni doğulan körpə ölüb.
Bu barədə Xalqcebhesi.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib:
“2025-ci il martın 5-də saat 17:30 radələrində Gədəbəy rayon sakini, 23 yaşlı hamilə qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Qeysəriyyə üsulu ilə çəkisi 3 min 500 qram, boyu 50 sm olan körpə (oğlan) doğulub. Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib.
Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 2025-ci il martin 5-i saat 13:30 radələrində körpənin ölüm faktı qeydə alınıb”.
25 Mart 16:20
1 050
25 Mart 16:19
1 211
25 Mart 14:05
1 407