Şəhidlərimizə həsr olunan “Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” adlı kitab nəşr olunacaq Cəmiyyət

Şəhidlərimizə həsr olunan “Qəhrəmanlıq tariximiz: nəsillərə  örnəkdir” adlı kitab nəşr olunacaq

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” layihəsini həyata keçirir.

Tədqiqatçı jurnalist, QHT sədri Əkrəm Bəydəmirlinin verdiyi məlumata görə, layihə çərçivəsində hazırlanan " Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” kitabı şəhidlərimizə həsr olunub. 2021-ci ildə nəşr etdirdiyimiz “Şəhidlər Ölməz_-Vətən bölünməz” kitabının davamıdır.

Bu kitabda hər bir şəhidimizin həyat hekayətini, döyüş yolunu qələmə almağa çalışırıq. II Qarabağ müharibəsi, xalqımızın haqq savaşı bir çox həqiqətləri bir daha təsdiqlədi. Ali Baş Komandanın başçılığı, Ordumuzun rəşadəti nəticəsində qazanılan bu, tarixi qələbə 44 günlük müharibənin həqiqət anıdır. Bizim missiyamız bu, həqiqət anında qəhrəmanlarımızı bədii-fəlsəfi yanaşma ilə geniş auditoriyaya tanıtmaqdır.

Cavid