2005-2024-cü illərdə insan alverinə görə 552 qadın, 98 kişi məsuliyyətə cəlb edilib Cəmiyyət

2005-2024-cü illərdə insan alverinə görə 552 qadın, 98 kişi məsuliyyətə cəlb edilib

2005-2024-cü illərdə insan alverinə görə 552 qadın, 98 kişidir məsuliyyətə cəlb edilib.

Bunu Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın (2024-cü il) müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Zahid Oruc qeyd edib ki, ötən ilki hesabatda bu, müvafiq olaraq 541 qadın, 95 kişi olub: “2005-2024-cü illərdə məhkəmə məsuliyyətinə cəlb edilmiş insan alverçiləri 650 nəfər (ötən il 636) təşkil edib. Ağır Cinayətlər Məhkəməsi tərəfindən insan alverçilərinə tətbiq edilən cəzalar – 1-i azadlıqdan məhrum etmə, 4-ü şərti cəza olub. Ötən ilki hesabatda 11 azadlıqdan məhrum etmə cəzası mövcud idi. İnsan alveri ilə bağlı – 15 (ötən il 17) digər cinayətlərə görə - 15 axtarışda olan (ötən il 6), təqsirləndirilən şəxslər var”.