16 May 2025 13:09
2 310
“İstiliyin verilməsinın vaxtının dəyişdirilməsi ilə bağlı İşçi Qrup yaradılıb”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.
O bildirib ki, dağ, dağətəyi və aran rayonlarında istiliyin verilməsi müddətləri tənzimlənəcək: “Artıq daxil olan müraciətlər İşçi Qrupda araşdırılır”.
Qeyd edək ki, Azərbaycanda payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir.
25 Mart 16:20
1 057
25 Mart 16:19
1 218
25 Mart 14:05
1 421