20 May 2025 19:27
3 157
2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Xalqcebhesi.az-a bildirilib ki, müsabiqə üzrə qeydiyyat mayın 22-si saat 11:00-dan mayın 29-u saat 11:00-dək davam edəcək.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.
Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla linkə daxil olaraq tanış ola bilərsiniz.
25 Mart 16:20
1 050
25 Mart 16:19
1 211
25 Mart 14:05
1 407