27 May 2025 13:31
3 430
Tibb işçilərinin yaş həddinin 65-dən 70 yaşa qaldırılması məsələsi ilə bağlı hamımıza müraciət edirlər.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.
“Vaxtilə Milli Məclisdə yaş həddinin 65 olmasını hamımız qəbul etmişik. Səhiyyə Nazirliyindən də xahişimiz bundan ibarətdir ki, yaş həddi götürülsün. Bu, bölgələrdə həkim çatışmazlığının aradan qaldırılmasına kömək edəcək”, - deyə komitə sədri vurğulayıb.
25 Mart 16:20
1 050
25 Mart 16:19
1 211
25 Mart 14:05
1 407