Bu il qaydalara əməl etməyən 8 713 piyada məsuliyyətə cəlb olunub Cəmiyyət

Bu il qaydalara əməl etməyən 8 713 piyada məsuliyyətə cəlb olunub

Ötən il paytaxt ərazisində qaydalara əməl etməyən 13 min 615 piyada barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Bu ilin 5 ayı ərzində isə 8 min 713 piyada məsuliyyətə cəlb olunub.