

24 İyun 16:11
24 İyun 14:16
24 İyun 13:43
“Bütün nüvə enerjisi istehlakı mərkəzləri heç vaxt heç kim tərəfdən vurulmayıb, indi də vurulmur. Yalnız hərbi məqsədlər üçün istifadəyə yararlı, tərkibində təbiətdə təsadüf olunan nisbi miqdarından dəfələrlə artıq asan parçalanan izotopu olan, yəni zənginləşdirilmiş uran alınan müəssisələr vurulur”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında radiasiya kimyası üzrə mühəndis texnoloq Xaqani Məmmədov deyib.
X.Məmmədov əlavə edib ki, bu müəssisələrdə bir qayda alaraq nüvə reaktorlarında istifadə olunan böyük miqdarlardan dəfələrlə kiçik miqdarlar sentrifuqalarla və ya digər üsullarla zənginləşdirilir: “Bu cür nisbətən kiçik miqdarlar (İranda qismən zənginləşdirilmiş uranın miqdarının 40ğ kq olması iddia edilir) və onların böyük dərinliklərdə (Fordoda 90 m dərinlikdə aparıldığı və beton müdafiə örtüyü olması müəyyənləşdirilmiş-dir) olması hətta dağıdıldığı halda bu obyektlərdən yerüstü ərazilərin, xüsusilə də uzaq məkanların çirklənməsi həddən artıq çox kiçik ehtimala malikdir, yəni praktiki olaraq mümkün deyil”.