

HPV peyvəndi dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən biridir. HPV peyvəndinə dair Səhiyyə Nazirliyi ilə danışıqlar aparılır və bu istiqamətdə müsbət geri dönüşlər almışıq.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
“Lakin hazırda bu mövzu ilə bağlı dəqiq məlumat vermək mümkün deyil. Bir neçə il ərzində bu peyvənd dövlət proqramına daxil edilə bilər”, - o qeyd edib.
Qeyd edək ki, uşaqlıq boynu xərçənginə səbəb olan insan papilloma virusuna qarşı 2006-cı ildən bəri tətbiq olunan HPV peyvəndi artıq ÜST-nin Avropa regionundakı ölkələrin mütləq əksəriyyətində profilaktik peyvəndlər təqviminə daxil edilib. Peyvənd təqviminə daxil edilmiş vaksinlər isə dövlət tərəfindən pulsuz təşkil edilir.