15 İyul 2025 13:56
3 038
2026-cı ilin sonuna qədər Ağdamın Baş Qərvənd və Eyvazxanbəyli kədlərinə əhalinin köçü təmin ediləcək.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Onun sözlərinə görə, ilin sonuna qədər 1268 ailənin Ağdama köçürülməsi planlaşdırılıb. Bu ay ərzində Ağdamda beşinci yaşayış kompleksinin tikintisinə start veriləcək. Sentyabr, oktyabr aylarında isə üçüncü yaşayış kompleksinin tikintisi başlayacaq.
E. Hüseynov bildirib ki, ilin sonuna qədər Füzulidə yeni yaşayış kompleksinin tikintisinə başlanılacaq.
25 Mart 16:20
1 057
25 Mart 16:19
1 218
25 Mart 14:05
1 421