43 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olub Cəmiyyət

43 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olub

Bu günə qədər 43 mindən çox uşağın məktəbəhazırlıq qruplarına qəbulu tamamlanıb.

Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.

Qəbul prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək.

Qeydiyyat prosesi “mektebeqebul.edu.az” elektron sistemi üzərindən aparılır.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.