“Azərbaycanda təhsil: dünən, bu gün, sabah”  müsabiqəsi elan edildi Cəmiyyət

“Azərbaycanda təhsil: dünən, bu gün, sabah”  müsabiqəsi elan edildi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) görkəmli maarifçi və din xadimi Hacı Rəhim Əfəndi adına Təhsil Laboratoriyası elektron və çap kütləvi informasiya vasitələrinin təmsilçiləri, elm və təhsil nümayəndələri, müstəqil müəlliflər uçün “Azərbaycanda təhsil: dünən, bu gün, sabah” müsabiqəsini elan edir.
AVCİYA-dan aldığımız məlumatda bildirilir ki, müsabiqənin məqsədi – Azərbaycanda təhsil sisteminin formalaşması, inkişaf mərhələləri və institutlaşması, Azərbaycanda maarifçilyin təşəkkülü və nümayəndələri, müasir dövrdə təhsildə yeni tendensiyalar, ölkədə təhsilin mövcud vəziyyəti, əsas problemləri, inkişaf perspektivlərini elektron və çap kütləvi informasiya vasitələrində geniş işıqlandırmaqdan, potensial oxucu auditoriyasının təhsilə marağını daha da artırmaqdan, təhsildə mövcud problemlərin aradan qaldırılması imkanlarını işıqlandırmaqdan ibarətdir.
Müsabiqəyə 1 sentyabr 2025-ci ildən 31 may 2026-ci il tarixədək dərc olunmuş məqalə, müsahibə və reportaj təqdim edilə bilər.
Müsabiqəyə Azərbaycan Milli Mətbuatının yaranmasının 151-ci ildönümü ərəfəsində yekun vurulacaq.
Müsabiqənin əsasnaməsi ilə avciya.az və 1905.az saytlarında tanış olmaq olar.