SAĞLAM SUYA ÇIXIŞDA YENİ ERA:  Bakıda NSF sertifikatlı “Aura Cebilon Unique Pro”sutəmizləyici sistemləri Cəmiyyət

SAĞLAM SUYA ÇIXIŞDA YENİ ERA: 
Bakıda NSF sertifikatlı “Aura Cebilon Unique Pro”sutəmizləyici sistemləri

Müasir dünyada sağlam həyat tərzi və təmiz suya çıxış hər zaman olduğundan daha vacibdir. Bu baxımdan, artıq Azərbaycan bazarında beynəlxalq səviyyədə tanınmış NSF sertifikatına malik sutəmizləyici sistemlər (qurğular) istehlakçılara təqdim olunur. Xüsusilə Bakı sakinlərinin suyun keyfiyyəti ilə bağlı problemlərinin həllinə yönəlmiş bu sistemlər evlərdə praktik və etibarlı şəkildə şəbəkə suyunu təmizləməyə imkan verir.
Artıq 50 ildir dünyanın 60 ölkəsində fəaliyyət göstərən və 1997-ci ildən Azərbaycanda fəaliyyətini davam etdirən, bir sıra beynəlxalq mükafatlara layiq görülmüş “Aura” Məişət Texnikası MMC-nin təqdim etdiyi yüksək texnologiyalı “Cebilon Unique Pro” sutəmizləyici sistemləri, NSF (National Sanitation Foundation – Milli Sanitariya Fondu) tərəfindən təsdiqlənmiş standartlara uyğun olaraq, suyu çöküntü, xlor, qurğuşun, ağır metallar və pestisidlər kimi zərərli maddələrdən effektiv şəkildə təmizləyərək krantdan birbaşa içməli, şəffaf və dadlı su əldə etməyə imkan yaradır.

* * *

NSF sertifikatı nədir və niyə vacibdir?

NSF (National Sanitation Foundation – Milli Sanitariya Fondu) ictimai sağlamlığın qorunması missiyası ilə fəaliyyət göstərən müstəqil təşkilatdır. NSF sertifikatı məhsulun müəyyən edilmiş standartlara cavab verdiyini, təhlükəsiz olduğunu və istehsalçı tərəfindən bəyan edilən performansı təmin etdiyini təsdiqləyir. NSF sertifikatı sutəmizləyici qurğunun (cihazın) suyu zərərli maddələrdən təhlükəsiz şəkildə təmizlədiyinə zəmanət verir. Bu isə istehlakçılar üçün etibar və keyfiyyətin əsas göstəricisidir.

* * *

“Aura” Məişət Texnikası MMC-nin rəsmi nümayəndələri bəyan edir:

“Məqsədimiz hər bir evə ən yüksək standartlara uyğun, təmiz və etibarlı içməli su çatdırmaqdır. NSF sertifikatlı sayğacaltı sutəmizləmə sistemlərimiz, ailəsinin sağlamlığını qorumaq istəyənlər üçün ideal həll olmaqla yanaşı, plastik qablarda satılan içməli suya çəkilən xərclərə də qənaət imkanı yaradır”.

* * *

Bu innovativ sutəmizləmə sistemləri təkcə sağlam həyatı dəstəkləmir, eyni zamanda plastik tullantıların azaldılmasına töhfə verməklə, ətraf mühitin qorunmasına xidmət edir.
Bakı şəhəri və ətraf ərazilərdə yaşayan istehlakçılar “Aura” Məişət Texnikası MMC tərəfindən təqdim olunan NSF sertifikatlı “Cebilon Unique Pro” sutəmizləyici sistemləri haqqında ətraflı məlumat almaq və sifariş vermək üçün www.aurammc.az saytına daxil olabilərlər. Əlaqə Nöm: 0502703400