AHİK bölgələrdəki hotellərdə olan qeydiyyatların silinməsi məsələsinə aydınlıq gətirib Cəmiyyət

AHİK bölgələrdəki hotellərdə olan qeydiyyatların silinməsi məsələsinə aydınlıq gətirib

"Hər hansı bir qəbulun silinməsi məsələsinə gəldikdə, hazırda bununla bağlı əlimizdə məlumat yoxdur. Lakin məsələ araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək".

APA xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müşaviri Elkiyar Ziyadov deyib.

“Bəzən vətəndaşlar tərəfindən təqdim olunan sənədlərin tamlığı və düzgünlüyü təmin olunmadığı üçün cavablandırmaq məqsədilə əlavə vaxta ehtiyac yarana bilər”, - deyə o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə vətəndaşlar bölgələrdə istirahət etmək üçün qeydiyyatdan keçdiklərini, daha sonra bu qeydiyyatın ləğv olunması ilə bağlı paylaşımlar edib.