Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Azərbaycan Prezidenti: Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq
Prezident: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
Dövlət başçısı: Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb
12 Avqust 2025 15:44
12 355
“44 günlük Vətən müharibəsində də, ondan sonrakı dövrdə də biz Rusiyaya qarşı daha çox real vəziyyəti nəzərə alaraq dözümlülük siyasəti həyata keçirdik. Amma Rusiya bütün hallarda Ermənistana kömək edirdi. Rusiya Prezidenti etiraf elədi ki, 44 günlük müharibəsi dövründə də biz Ermənistana müttəfiqlikdən dolayı bütün yardımları elədik. Ondan əvvəlki dövrlər də hamının yadındadır. Bizim ərazilərimizin işğal olunması Rusiyanın birbaşa patronajlığı altında həyata keçirilib və Ermənistan bu siyasəti davam elətdirib”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
E.Musayev bildirib ki, bütün bu mərhələlərdən sonra Rusiya Ukrayna cəbhəsində bataqlığa batmasına baxmayaraq bir balaca nəfəs alan kimi ətraf ölkələrə, o cümlədən Azərbaycana qarşı da öz məkrli təzyiq siyasətini davam elətdirdi və bu təzyiq siyasətinin nəticəsi olmayanda, Azərbaycan müstəqil siyasət həyata keçirəndə Rusiya tərəfindən Azərbaycan təyyarəsi vuruldu: “Eyni zamanda Azərbaycan Prezidenti Rusiya hava məkanında olanda təyyarənin GPS sistemi söndürülüb. Azərbaycan siyasi rəhbərliyinə Rusiya sui-qəsd xəbərdarlığı elədi. Belə qəbul eləmək lazımdır. Ondan sonrakı mərhələdə də Rusiya normal üzrxahlıq eləmədi, zərərin ödənilməsilə bağlı konkret bir şey demədi. Bununla da münasibətlər daha da gərginləşdi. Bundan əvvəlki dövrlərdə də belə olub. Yalnız 20 Yanvar, Xocalı hadisələrində Rusiyanın mənfi rolu olduğunu deməkdən başqa, həm də bütövlükdə xalqımızın, dövlətimizin bölünməsi, parçalanması hamısı Rusiya ilə bağlıdır. İndiki Rusiya yenə də Pyotrun dövründən bəri aparılan işğalçılıq siyasətini davam etdirir. Yəni Rusiyanın siyasəti dəyişməyib, işğalçılıq siyasəti indi də davam edir”.
Deputat Azərbaycanla Ermənistanın ABŞ Prezidenti Trampın iştirakı ilə ümumi razılığa gəldiyini deyərək əlavə edib ki, bu, Rusiyanı qane eləmir: “Azərbaycanın maraqlarına uyğun odur ki, Azərbaycan Naxçıvan arasında maneəsiz keçid olsun, Azərbaycanın türk dünyasına birbaşa çıxışı olsun, türk dünyası genişlənsin, inkişaf eləsin, eyni zamanda ticarət əlaqələri güclənsin, Azərbaycan üzərindən nəqliyyat kommunikasiya xətləri keçsin. Bu, Rusiyanı qane eləmir. Bundan sonrakı mərhələdə Rusiya tərəfindən növbəti gərginliyin, təzyiq siyasətinin həm Azərbaycan tərəfə, həm Ermənistan tərəfə davam etdiyini gözləmək olar. Eləcə də İran tərəfdən də həmin siyasətin aparılacağını gözləmək olar. Amma Azərbaycanın kiyafət qədər güclü potensialı var”.
Röya İsrafilova
25 Sentyabr 16:54
1 176
25 Sentyabr 15:07
812
25 Sentyabr 14:10
1 281