

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Vətəndaşlar qarşılaşdıqları məsələlərlə bağlı təşəkkür, təklif və ya şikayətlərini Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzi, internet saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı artıq polis orqanlarının rəhbərlərinə də birbaşa ünvanlaya bilərlər.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bunun üçün respublikanın bütün şəhər və rayonlarda yerləşən polis idarə, şöbə və bölmələrinin rəislərinin qəbuluna onlayn yazılaraq görüş vaxtını təyin etmək kifayətdir.
Qəbuldan sonra müraciət edən şəxsin ərizəsi dərhal Nazirlik tərəfindən nəzarətə götürülür, problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir və nəticəsi barədə vətəndaş mütləq qaydada məlumatlandırılır.
Qəbula isə çox rahat şəkildə, “E-polis” mobil tətbiqi vasitəsilə onlayn qaydada yazılmaq mümkündür.
Vətəndaş-polis münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyan birbaşa qəbul prosesi müraciətlərin daha operativ, obyektiv və həssaslıqla araşdırılmasına yönəlib. Əsas məqsəd isə vətəndaş məmnunluğunu ən yüksək səviyyəyə çatdırmaq, göstərilən xidmətlərin keyfiyyətini günbəgün artırmaq, şəffaflıq və əlçatanlığı təmin etməkdir.