

19 Avqust 19:07
19 Avqust 18:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib.
"APA-Economics" bu barədə QSC-ə istinadən xəbər verir.
Belə ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru Şahin Babayev qurumun Müşahidə Şurasının sədri, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər.
Qeyd edək ki, bu vaxta qədər "Bakı Metropoliteninin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, üzvləri isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri Günel Cavadova, Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Vüqar Məcidli olub.