29 Avqust 2025 17:36
2 569
Bu günə qədər Sumqayıtdan ölkənin müxtəlif şəhər və rayonlarına yerinə yetirilən 34 avtobus reysi üzrə 24 müsabiqə keçirilib.
Xalqcebhesi.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bu müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 15 yeni və müasir avtobus cəlb edilib. Bu, avtobus parkının 45%-nin müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi deməkdir.
Reyslərin 70%-i onlayn bilet satışı üçün "biletim.az" portalına inteqrasiya olunub. Sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinin yenilənməsi və bütün reyslərin "biletim.az" portalına inteqrasiyası istiqamətində işlər davam etdirilir.
25 Mart 16:20
1 043
25 Mart 16:19
1 204
25 Mart 14:05
1 400