

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Naxtel” MMC-nin fəaliyyətinin dayandırılmasından irəli gələn proseslərin ədalətli, şəffaf və abunəçi hüquqlarına zərər vurulmadan həyata keçirilməsinə ciddi nəzarət edir.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq İKTA-dan bildirilib.
Qeyd edilib ki, telekommunikasiya bazarında sabitliyin qorunması, abunəçilərin telekommunikasiya xidmətlərinə maneəsiz çıxışının təmin edilməsi və istifadəçilərin hüquqlarının müdafiəsi məqsədilə Agentlik proseslərin koordinasiyasını həyata keçirməkdədir və tərəflərə öz tövsiyələrini təqdim edib.
Naxçıvan Muxtar Respublikasının əhalisinin bundan sonra da dayanıqlı və keyfiyyətli mobil telekommunikasiya və internet xidmətlərinə çıxışı təmin olunacaq və Muxtar Respublikanın hətta ucqar bölgələrində yaşayan əhalinin də bu imkanlardan faydalanması təmin ediləcək. Hazırda Naxçıvan Muxtar Respublikasında “Azercell Telekom” MMC, “Bakcell” MMC və “Azerfon” MMC-nin əhatə dairəsi əhali üzrə 95% təşkil edir.
Həmçinin, nömrə daşınması prosesi, fərdi məlumatların qorunması və tarif məsələlərinin həlli qüvvədə olan qanunvericilik əsasında təmin ediləcək.
Xatırladaq ki, Naxçıvan MR-da telekommunikasiya xidmətləri göstərən “Naxtel” MMC 1 dekabr 2025-ci ildən etibarən fəaliyyətini dayandıracaq. “Naxtel” abunəçiləri hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 01 oktyabr – 01 dekabr 2025-ci il tarixləri arasında digər mobil operatorlara, yəni “Azercell”, “Bakcell” və “Nar”a müraciət etməlidirlər.
Qeyd edək ki, “Azercell”, “Bakcell” və “Nar” şəbəkəsinə keçid edən “Naxtel” abunəçilərinə bu mobil operatorlar tərəfindən xüsusi kampaniyalar təklif ediləcək.