12 Sentyabr 2025 15:27
2 338
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid hərbçi Cəlal Abdullayevin qalıqları ailəsinə təhvil verilib.
APA-nın xəbərinə görə, bu gün şəhidlə vida mərasimi keçirilib.
Şəhidin qalıqları Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Abdullayev Cəlal Xankişi oğlu 1971-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. 1993-cü il martın 29-da Kəlbəcər rayonu, Çərəkdar kəndində itkin düşüb.
25 Mart 16:20
1 050
25 Mart 16:19
1 211
25 Mart 14:05
1 407





