Bakıda “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfrans keçirilir Cəmiyyət

Bakıda “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda dəyirmi masa formatında beynəlxalq konfrans başlayıb.

Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində, həmçinin Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illik yubileyi ərəfəsində baş tutur.

Beynəlxalq konfransda Uqanda, Laos, Tanzaniya, Keniya Baş prokurorları və Türkiyə Baş Prokurorluğunun nümayəndələri iştirak edir.