FHN-in strukturlarında Anım Günü qeyd olunub Cəmiyyət

FHN-in strukturlarında Anım Günü qeyd olunub

27 Sentyabr – Anım Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin strukturlarında müxtəlif səpgili silsilə tədbirlər keçirilib.

FHN-in Mətbuat xidmətindən Xalqcebhesi.az-a veriləb xəbərə görə, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunan tədbirlərdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə vurğulanıb ki, 30 ilə yaxın müddətdə işğal altında qalmış dogma torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən cəmi 44 gün ərzində azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Məhz Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, parlaq zəkası və dəmir iradəsi sayəsində Azərbaycan tarixinin yeni və şanlı salnaməsi qızıl hərflərlə yazılıb. Rəşadətli Ordumuzun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində döyüş meydanında parlaq Qələbə qazanılıb, 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam bərpa olunub.

Çıxış edənlər doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anıb, onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.

FHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunubFHN-in strukturlarında Anım Günü qeyd olunub