

9 Oktyabr 19:07
9 Oktyabr 18:44
9 Oktyabr 18:37
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Hakan Fidan: İslam dünyasının daha çox müstəqil düşünməyə ehtiyacı var
ABŞ-da şatdaunu dayandırmaq üçün keçirilən səsvermələr nəticəsiz olub
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib
İtkin şəhidin qızı: Atamın timsalında bütün itkinlərin talelərinə aydınlıq gələcəyi günü gözləyirik
Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 10-da ölkə ərazisində bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
Təhlükəsizlik qaydaları
Bunu nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir!"
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.