

"Biz özəl bağçalar üçün ayrılan məbləği konkretləşdirmişik. Dövlət hər bir uşaq üçün aylıq 250 manat təhsil haqqını qarşılayır".
APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.
O bildirib ki, dəyişən hissə isə bağçaların müəyyən etdiyi ümumi təhsil haqqıdır: “Bəzi özəl bağçalarda bu məbləğ 300, 400 və daha artıq ola bilər. Lakin məbləğdən asılı olmayaraq, dövlət yalnız 250 manatını ödəyir. Qrant müsabiqəsində iştirak edən özəl bağçaların aylıq təhsil haqqı isə 500 manatdan çox olmamalıdır”.