Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirilib Cəmiyyət

Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirilib

Elm və Təhsil və Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq çərçivəsində yaradılmış birgə işçi qrupunun növbəti görüşü Yaradıcı Mərkəzdə keçirilib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə mədəniyyət nazirinin müavini Səadət Yusifova və elm və təhsil nazirinin müavini Həsən Həsənli ilə yanaşı, hər iki nazirliyin nümayəndələri iştirak ediblər.

Tədbirdə mədəniyyət və təhsil sahələrinin inteqrasiyası, institusional əməkdaşlığın gücləndirilməsi, eləcə də birgə fəaliyyətin prioritet istiqamətləri müzakirə olunub.

İclasda işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və təhsil infrastrukturunun əlaqələndirilməsi, yaradıcı təlim mühitinin formalaşdırılması, mədəniyyət təhsili üzrə kurikulumun təkmilləşdirilməsi və istedadlı şagirdlərin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.

Görüşün sonunda iştirakçılar birgə fəaliyyətin daha da səmərəli həyata keçirilməsi və müvafiq istiqamətlər üzrə icra mexanizmlərinin hazırlanması barədə razılığa gəliblər.

Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirilibElm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirilibElm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirilibElm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirilibElm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirilibElm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupunun görüşü keçirilib