18 Oktyabr 2025 14:45
2 947
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 162 575,8 min olub, bu da illik müqayisədə 2,4% azalma deməkdir.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin yanvar-sentyabr aylarında Bakı metropolitenindən 166 590,8 min sərnişin istifadə edib.
Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.
25 Mart 16:20
1 050
25 Mart 16:19
1 211
25 Mart 14:05
1 407