Prezident Zəngilanda 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
Şabranlı məktəbli Azərbaycanın boks tarixində ilkə imza atıb
Ekspert: Ukraynanın zərbəsi nəticəsində Qazaxıstan təxminən 200 milyon dollar itirib
“O dərmanları qəbul edib məşq edən insanın həyatı təhlükəsi çox böyük olur”
16:09
917
Oktyabrın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.