Birinci Qarabağ müharibəsində itkin düşən Elçin Heydərovun nəşinin qalıqları İmişlidə dəfn olunub - FOTO Cəmiyyət

Birinci Qarabağ müharibəsində itkin düşən Elçin Heydərovun nəşinin qalıqları İmişlidə dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 31 il sonra tapılan şəhid Heydərov Elçin Ağamməd oğlu ilə vida mərasimi keçirilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, şəhidin Heydərov Elçin Ağamməd oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib. Bu gün şəhidlə onun yaşadığı evdə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları İmişli rayonu, Ağaməmmədli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, rayon ictimaiyyəti, yerli dövlət qurumlarının nümayəndələri və hərbiçilər iştirak ediblər.

Qeyd edək ki, Elçin Heydərov 1971-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, 12 yanvar 1994-cü ildə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində itkin düşmüş hesab edilib.

Birinci Qarabağ müharibəsində itkin düşən Elçin Heydərovun nəşinin qalıqları İmişlidə dəfn olunub - FOTO Birinci Qarabağ müharibəsində itkin düşən Elçin Heydərovun nəşinin qalıqları İmişlidə dəfn olunub - FOTO Birinci Qarabağ müharibəsində itkin düşən Elçin Heydərovun nəşinin qalıqları İmişlidə dəfn olunub - FOTO Birinci Qarabağ müharibəsində itkin düşən Elçin Heydərovun nəşinin qalıqları İmişlidə dəfn olunub - FOTO Birinci Qarabağ müharibəsində itkin düşən Elçin Heydərovun nəşinin qalıqları İmişlidə dəfn olunub - FOTO