4 Noyabr 15:45
Azərbaycan millisinin üzvü: "Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq"
Dəmiryol Muzeyi Zəfər və Bayraq günlərində fəaliyyət göstərməyəcək
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Paşinyanın "Real Ermənistan" kursu nəyə xidmət edir? -Azərbaycanlı politoloqun ŞƏRHİ
11:41
735
Son günlər sosial şəbəkələrdə tələbələrin köçürülməsi prosesinə dair saxta məlumat (şəkil) yayılıb. Həmin paylaşımlarda guya tələbələrin köçürülməsi prosesinə 1 fevral tarixindən etibarən başlanıldığı iddia olunur.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, yayılan bu məlumat həqiqətə uyğun deyil və rəsmi mənbələrdə yerləşdirilməyib. Görüntülərdəki “elan” saxtalaşdırılıb.
Mövcud qaydalara əsasən, tələbələrin köçürülməsi prosesi yalnız yay tətili dövründə həyata keçirilir. Bu barədə məlumatlar hər il müvafiq dövrdə Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytlarında və sosial şəbəkə səhifələrində dərc olunur.
Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdə yayımlanan məlumatlara istinad etsinlər və saxta paylaşımları yaymaqdan çəkinsinlər.