19 Dekabr 2025 16:32
3 311
Rusiya Prezidenti Vladimir Putin Avropa tərəfindən Kalininqrad blokadaya alınacağı təqdirdə Moskvanın reaksiyasını açıqlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin Kalininqradın blokadaya almaq cəhdinin münaqişəni görünməmiş səviyyəyə qaldıracağını bildirib.
O qeyd edib ki, Kalininqradı blokadaya almaq cəhdi potensial olaraq tammiqyaslı hərbi münaqişəyə səbəb olacaq: “Əgər bu şəkildə təhlükə olarsa, bu təhdidləri aradan qaldıracağıq. Bunu hər kəs başa düşməlidir. Bu, münaqişəni tamamilə fərqli, tammiqyaslı səviyyəyə qaldıracaq”.