17:46
651
İstanbulda COP31 üzrə Türkiyə–Azərbaycan məsləhətləşmələri keçirilib.
Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva bildirib.
Məsləhətləşmələrdə COP29-a ev sahibliyi edən Azərbaycanı Prezidentin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayevin rəhbərliyi, eləcə də xarici işlər nazirinin müavini Yalçın Rafiyev daxil olmaqla yüksək səviyyəli nümayəndə heyəti və ekspert qrupları ilə əldə etdiyi təcrübəni COP31 prosesi çərçivəsində Türkiyəyə tam dəstək kimi təqdim edib.
İclasda Azərbaycanın COP31-in uğurla təşkili üçün Türkiyə ilə sıx əməkdaşlığa sadiq olduğu vurğulanıb.


