Putin: Rusiya hələlik Ukraynanın danışıqlara hazır olduğunu görmür Dünya

Putin: Rusiya hələlik Ukraynanın danışıqlara hazır olduğunu görmür

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukraynanın danışıqlar prosesinə başlamağa hazır olduğunu görmür.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Birbaşa Xətt"də açıqlama verib.

Dövlət başçısının sözlərinə görə, Ukraynadakı münaqişə 2014-cü ildə Kiyevdə baş verən dövlət çevrilişi ilə başlayıb.
Putin bildirib ki, "Hər şey 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişi və Minsk razılaşmaları nəticəsində bütün problemlərin sülh yolu ilə həll edilməsi ehtimalı ilə bağlı aldatma ilə başladı".

O, həmçinin qeyd edib ki, Rusiya Ukraynadan dialoqa mümkün hazırlığı ilə bağlı fərdi siqnallar qeydə alıb. Lakin, Putinin vurğuladığı kimi, hazırda Moskva Kiyevin ərazi məsələsini müzakirə etməyə hazır olduğunu görmür.

Məryəm Quliyeva