14:58
714
“Avropa İttifaqının 2026–2027-ci illərdə Ukraynanın maliyyələşdirilməsini əsasən öz büdcəsi hesabına üzərinə götürməsi Brüsselin Rusiya aktivlərinin birbaşa müsadirəsindən çəkindiyini göstərir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
A.Nəsirov diqqətə çatdırıb ki, bu qərar Aİ-nin hüquqi və maliyyə risklərini önə çəkərək Avrozonanın sabitliyini qorumağa üstünlük verdiyini ortaya qoyur: “Nəticədə, Ukraynaya dəstək mexanizmi Rusiya aktivləri üzərindən deyil, Avropa vergiödəyicilərinin və Aİ büdcəsinin hesabına formalaşır. Digər tərəfdən, bu yanaşma Aİ daxilində ciddi maliyyə və siyasi gərginliklər yaradır. Ukraynaya ayrılacaq vəsait Birliyin ümumi xərclərində böyük pay tutduğundan əsas donor ölkələrin üzərinə əlavə yük düşür və bu, daxili narazılıqları gücləndirir. Rusiya aktivlərinin müsadirəsindən imtina isə Moskvanın Avropa üçün hələ də mühüm iqtisadi rıçaqlara sahib olduğunu və Brüsselin bu faktoru nəzərə almadan hərəkət edə bilmədiyini göstərir”.
Röya İsrafilova