Gələn il pensiyalar üzrə indeksasiyanın 9,2% olması proqnozlaşdırılır - YENİLƏNİB Cəmiyyət

Gələn il pensiyalar üzrə indeksasiyanın 9,2% olması proqnozlaşdırılır - YENİLƏNİB

Qanunvericilik əsasında hər il bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, əvvəlki ilin orta aylıq əməkhaqqı artımı ilə bağlı rəsmi statistik göstərici əsasında indeksləşdirilərək artırılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.

***

saat 13.07

Gələn il pensiyalar üzrə indeksasiyanın 9,2% olması proqnozlaşdırılır.

APA xəbər verir ki, bunu sı Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

Nazir bildirib ki, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub: "Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür. Proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır”.