Üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac var – Komitə sədri Cəmiyyət

Üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac var – Komitə sədri

Uşaq yalnız ailənin deyil, eyni zamanda, mənsub olduğu xalqın, dövlətin ən böyük və qiymətli sərvətidir.

Trend xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri büdcəyə uşaqlarla bağlı bir sıra təkliflərimi səsləndirib:

“Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması, uşaq bağçalarında və təhsil müəssisələrində tibbi və psixoloji xidmətin təşkili, beynəlxalq təcrübəni öyrənməklə üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac var”.