15:01
469
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası çərçivəsində TDT-nin Media Forumu keçirilir.
Xalqcebhesi.az xəbər verir ki, forum türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığının möhkəmləndirilməsini məqsəd qoyur.
Tədbir çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunmuş panel sessiyanın keçirilməsi nəzərdə tutulur.
Sessiyada iştirakçı ölkələrin media nümayəndələrinin qlobal informasiya mühitində təhlükəsizlik, dezinformasiya ilə mübarizə və dayanıqlı media ekosisteminin formalaşdırılması kimi məsələləri müzakirə edəcəyi gözlənilir.
15:28
364
14:58
469
13:16
672