Vilayət Eyvazov sıra baxışı keçirib - VİDEO Cəmiyyət

Vilayət Eyvazov sıra baxışı keçirib - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 27-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə DİN-dən məlumat verilib.

Məlumata görə, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 9 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Vilayət Eyvazov sıra baxışı keçirib - VİDEO Vilayət Eyvazov sıra baxışı keçirib - VİDEO