2 Dekabr 2025 11:59
1 904
“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad edilmiş ərazilərdə bir sıra Peşə Təhsil Mərkəzlərinin (PTM) tikintisi və yenidən qurulması nəzərdə tutulub”.
APA xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənli deyib.
O bildirib ki, 2026-cı ildə Xankəndi, Laçın və Cəbrayıl Dövlət Peşə Təhsil Mərkəzlərinin tikintisi nəzərdə tutulub:
“Bu il Şuşa Dövlət Peşə Təhsil Mərkəzi əsaslı təmir olunub. Kəlbəcər Dövlət Peşə Təhsil Mərkəzinin isə tikintisi davam edir. Zəngilan, Qubadlı, Ağdam Dövlət Peşə Təhsil Mərkəzlərinin isə layihələndirmə işləri aparılır”, - Kənan Həsənli bildirib.
25 Mart 16:20
1 043
25 Mart 16:19
1 204
25 Mart 14:05
1 400