“Avropa-Rusiya qarşıdurması qaçılmaz görünür”
2 Dekabr 21:02
2 Dekabr 21:02
2 Dekabr 20:44
2 Dekabr 20:30
10:54
385
Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransının ölkəmizdə keçirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir.
Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov XXVI Beynəlxalq Konfransın açılış mərasimində deyib.
Nazir bildirb ki, bu, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımdır:
“Tarix boyu insanlar təbii və texnogen hadisələrlə üzləşib. Azərbaycan təbii və texnogen risklərin olduğu ölkədir. Ölkəmizdə son illər sənaye və infranstruktur şəbəkəsinin yaradılması fövqəladə hallardan qorunma məsələsini də aktual edir. Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə yaradılan Fövqəladə Hallar Nazirliyi hadisələrə çevik reaksiya verir. Nazirlik beynəlxalq müstəvində əməkdaşlığı genişləndirir. Azərbaycanda yanğınsöndürmə siteminin formalaşması böyük tarixə malikdir".