“ABŞ–İran münasibətləri kritik həddə”
2 Mart 21:40
2 Mart 21:40
2 Mart 21:31
2 Mart 21:28
2 Mart 21:28
11 Dekabr 2025 15:36
1 785
Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib.
Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.
Qeyd olunub ki, Şamil Nəcəfov Xocalı tarixi-arxeoloji kompleksi ərazisində tədqiqatlar aparıb: “Bu il aparılan tədqiqatlar nəticəsində nekropol ərazisində yerüstü əlamətləri görünməyən, 70 sm dərinlikdə Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib. Eyni zamanda, nekropolda tunc dövrünə aid daha bir kurqan aşkar edilib”.
Həmçinin Xocalı-Gədəbəy mədəniyyətinə aid fərqli struktura malik qəbir abidələri və təkrar dəfnlərin icra olunduğu bütöv nekropol aşkar edilib.
Qeyd edilib ki, Nəcəf Müseyiblinin rəhbərlik etdiyi “Şəmkir” arxeoloji ekspedisiyası 2025-ci ilin Baydar kurqanlarında tədqiqatlar aparılıb: “Aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanan bu tip dəfnlər Gəncə-Qazax bölgəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid nekropolların bəzilərində müşayiət olunsa da, Baydar nekropolunda ilk dəfə olaraq belə dəfn adətinin icra edildiyi bütöv məzarlıq aşkar edilib”.
2 Mart 17:00
1 260
2 Mart 16:57
1 246
2 Mart 16:35
1 288