19 Dekabr 2025 10:15
1 806
Dekabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 23 442 vətəndaş müraciəti daxil olub.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Müraciətlərin 14 283-ü çağrı mərkəzləri, 5 303-ü elektron, 1070-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 786 müraciət qeydə alınıb.
Müraciətlər olimpiada və müsabiqələr, eksternat imtahanı, qrant layihələri və digər məsələlərlə bağlı olub.
25 Mart 16:20
1 043
25 Mart 16:19
1 204
25 Mart 14:05
1 400