Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi müəyyənləşib Cəmiyyət

Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi müəyyənləşib

Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi məlun olub.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında” parlamentin qərarında əksini tapıb.

Qərara əsasən, aşağıdakı məhkumların cəzası 6 ay azaldılacaq:

- az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər;

- ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslər.

Bu halda “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında" qanuna əsasən, barəsində amnistiya tətbiq edilməyənlər istisna olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.