Yerli icra hakimiyyəti başçısının tabeliyindəki MKTM-nin Nümunəvi Nizamnaməsi təsdiqlənib Cəmiyyət

Yerli icra hakimiyyəti başçısının tabeliyindəki MKTM-nin Nümunəvi Nizamnaməsi təsdiqlənib

“Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Şəhər İcra Hakimiyyəti (Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri istisna olmaqla) başçılarının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin, Rayon İcra Hakimiyyəti (Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı rayonları və Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz, Culfa, Babək, Ordubad, Kəngərli və Sədərək rayonları istisna olmaqla) başçılarının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin, Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyəti
başçısının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin, Naxçıvan Muxtar Respublikasının Rayon İcra Hakimiyyəti başçılarının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri təsdiqlənib.

Yerli icra hakimiyyəti (Bakı şəhəri, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər və Qubadlı rayonları istisna olmaqla) orqanları altı ay aidiyyəti üzrə tabeliklərində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin əsasında məhdud məsuliyyətli cəmiyyət statusunda vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin (bundan sonra – Mənzilkommunal Təsərrüfatı Müəssisəsi) yaradılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməli, Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin strukturunu və ştat
vahidlərini təsdiq edib Azə Nazirlər Kabinetinə məlumat verməlidirlər.