10:38
665
Fondun fəaliyyəti dövründə e-ttkf.edu.az elektron portalına 86 mindən çox müraciət daxil olub, 70 mindən artıq təhsil tələbə krediti üzrə müqavilə rəsmiləşdirilib.
APA xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nın hesabat tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, kreditlərin 65 faizi standart (45 956 TTK müqaviləsi), 35 faizi isə sosial (24 437 TTK müqaviləsi) təhsil tələbə kreditlərinin payına düşür: “Kredit alan tələbələrin təhsil aldıqları müəssisələr sırasında ölkənin bütün ali, orta ixtisas və peşə təhsil müəssisələri yer alıb. Gender bölgüsünə əsasən, kredit alanların 63 faizi qadınların (44 071 TTK müqaviləsi), 37 faizi isə kişilərin (26 322 TTK müqaviləsi) payına düşür. Bu göstərici Fondun qadınların, xüsusilə regionlarda yaşayan və sosial həssas ailələrdən olan qadınların təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını nümayiş etdirir”.