Həcc ziyarətinə sənəd qəbulunun bitmə tarixi məlum olub Cəmiyyət

Həcc ziyarətinə sənəd qəbulunun bitmə tarixi məlum olub

Həcc ziyarətinə sənəd qəbulunun bitmə tarixi məlum olub.

QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya bildirib ki, sənəd qəbulu üçün son tarix 2026-cı ilin fevralın 15-i müəyyən edilib.

"Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bu il bütün həcc proseslərinin erkən bitməsini tələb edir. Buna görə də qeydiyyat tez bitəcək. Bu, təkcə Azərbaycana yox, bütün dünyaya şamil olunur. Kvotanın dolub-dolmamasından asılı olmayaraq, göstərilən tarixdə ziyarət üçün sənəd qəbulu başa çatacaq", - Vüsal Cahangiri deyib.

Qeyd edək ki, Həcc ziyarət paketinin qiyməti bir nəfər üçün 6100 ABŞ dollarıdır.